“Minnesota Timbervulvz”un mərkəz oyunçusu Yoan Beranje NBA tarixində unikal nəticəyə nail olub.
1Sport.az xəbər verir ki, 20 yaşlı basketbolçu “Bruklin Nets”lə matçda meydandan heç bir atış etmədən 4 top qapma və 4 blokla yadda qalıb. O, liqa tarixində bunu bacaran ilk oyunçudur. 19 dəqiqə meydanda olan Beranje həmçinin 4 ribaund götürüb, top itkisinə yol verməyib və oyunu +22 göstəricisi ilə tamamlayıb.
Qeyd edək ki, buna ən yaxın nəticə 2008-ci ildə Coel Przibillaya (5 blok, 3 top qapma) məxsus idi.

