“Real”ın baş məşqçisi Joze Mourinyo futbolçuların sıx oyun təqvimi və zədələnmə riskləri ilə bağlı fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Harri Keyn və Dezire Duenin zədələrini şərh edərək etirazların maliyyə amili ilə bağlı olduğunu bildirib:
"Pul qazanmaq istəyiriksə, çox çalışmalı və risk etməliyik. Hər şey puldan ibarətdir, mövcud vəziyyətə uyğunlaşmalıyıq. Klub məşqçiləri millilərin oyunlarını və Millətlər Liqasını sorğulasalar da, bu turnir federasiyalar üçün vacibdir. Seçimim olsaydı, oyunların üç gündən bir keçirilməsini istəyərdim".
Qeyd edək ki, zədə səbəbindən Harri Keyn 3 ay, Dezire Due isə bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

