PSJ-nin futbolçusu Desire mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.
1Sport.az xəbər verir ki, fransalı futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. O, ayın sonuna qədər əməliyyat olunacaq. Onun sıradan çıxması Xviça Kvaratsxeliyanın zədəsindən sonra PSJ üçün daha bir itki olub.
Qeyd edək ki, 21 yaşlı futbolçu cari mövsümdə PSJ-nin heyətində 15 matça çıxıb, 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

