Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə əlavə cəzaya məruz qalıb.
1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi II Liqanın XII turunda keçirilən “Şəmkir” – “Ağdaş” matçında baş verən hadisə ilə bağlı qərar qəbul edib.
Qonaqların rəsmisi Ruslan Hüseynov hakimlərə təzyiq göstərdiyinə görə əvvəlki cəzasının üzərinə daha 4 oyun əlavə olunub. Bundan başqa, “Ağdaş” 600 manat cərimələnib. Qərar İntizam Məcəlləsinin 52.3-cü maddəsinə əsasən verilib.

