“Barselona” “Montsa”nın portuqaliyalı hücumçusu Qustavo Varelanı heyətinə qatmaq istəyir.
1Sport.az xəbər verir ki, “Sky Sport Italia” Kataloniya klubunun gənc forvardın transferində maraqlı olduğunu yazıb. “İnter”, “Napoli”, “Yuventus” və “Arsenal” da 21 yaşlı oyunçunun çıxışını izləyir.
Varelanın agenti futbolçunun gələcək karyerası ilə bağlı “Montsa” rəhbərliyi ilə görüş keçirəcək.
Qeyd edək ki, portuqaliyalı hücumçu cari mövsüm A Seriyasında keçirdiyi 11 matçda 11 qol vurub.

