“Qalatasaray”ın “Aston Villa” ilə oyunda qələbə qolunu vuran Deniz Gül cərrahi müdaxiləyə ehtiyac duyur.
1Sport.az xəbər verir ki, türkiyəli futbolçu başla zərbə endirərkən burnundan xəsarət alıb. Qarşılaşma davam edərkən onun yarasına tikiş qoyulub. Əməliyyatın nə vaxt keçiriləcəyi hələ dəqiqləşməyib.
22 yaşlı hücumçunun “Beşiktaş”la derbidə iştirak edib-etməyəcəyi tibbi müdaxilədən sonra bəlli olacaq.
Qeyd edək ki, Deniz Gül cari mövsüm 15 oyunda meydana çıxıb və 2 qol vurub.

