AFFA-dan bölgə təmsilçisinin futbolçusuna 4 oyunluq cəza

Elgün Əmiraslanov növbəti 4 oyunda komandasına kömək edə bilməyəcək.

1Sport.az xəbər verir ki, AFFA İntizam Komitəsi II Liqanın XII turunda keçirilən “Ağstafa Gəncləri” – “Hypers” matçında baş verən hadisə ilə bağlı qərar qəbul edib.

Qarşılaşmanın 88-ci dəqiqəsində hakimi təhqir edən “Ağstafa Gəncləri”nin 1 nömrəli futbolçusu 4 oyunluq cəzalandırılıb. Klub isə 1000 manat cərimə ödəyəcək. Qərar İntizam Məcəlləsinin 52.4-cü maddəsinə əsasən verilib.

0
🖨 Çap et ⚑ Şikayət et