Almaniya millisinin və “Ayntraxt”ın hücumçusu Laura Freyanq 16 ay müddətinə futbolla bağlı bütün fəaliyyətlərdən məhrum edilib.
1Sport.az xəbər verir ki, 28 yaşlı futbolçu dopinq testləri üçün olduğu yer barədə məlumat vermək öhdəliyini üç dəfə pozduğuna görə cəzalandırılıb. Bu səbəbdən o, gələn yay keçiriləcək qadınlar arasında dünya çempionatında iştirak edə bilməyəcək.
Cəza 2027-ci ilin oktyabrına qədər qüvvədə olacaq. Freyanq iki ay əvvəl məşqlərə qayıda bilsə də, rəsmi oyunlarda iştirak edə bilməyəcək.
Futbolçu bildirib ki, heç vaxt dopinq şübhəsi altında olmayıb, lakin qaydaları pozduğunu qəbul edir. O, yaşananlara görə klubundan, komanda yoldaşlarından, millidən və azarkeşlərdən üzr istəyib.

