Azərbaycanlı idmançı beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Astanada keçiriləcək “World Taekwondo Grand Prix” finalında iştirak edəcək.

1Sport.az xəbər verir ki, idmançımız 58 kq çəki dərəcəsində qüvvəsini sınayacaq. O, yarışa böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev və məşqçi Ayxan Tağızadənin rəhbərliyi altında qatılacaq.

Qeyd edək ki, turnir noyabrın 27-dən 29-dək davam edəcək.

0
🖨 Çap et ⚑ Şikayət et