“Vasko da Qama”nın hücumçusu David Korrea polis tərəfindən saxlanılıb.
1Sport.az xəbər verir ki, 31 yaşlı futbolçu Braziliya klubunun məşq bazasında keçirilən hazırlıq prosesi zamanı həbs edilib. Onun narkotik və silah qaçaqmalçılığı, eləcə də çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində saxlanıldığı bildirilir.
Braziliya mətbuatının məlumatına görə, istintaq qəsdən adam öldürməyə cəhd və şahidlərə rüşvət verilməsi ehtimallarını da əhatə edir. Korrea hələlik heç bir cinayət üzrə məhkum edilməyib.
“Vasko da Qama” rəhbərliyi futbolçunun gələcəyini və müqaviləsinin hüquqi statusunu nəzərdən keçirir. Bu mövsüm 6 qol vuran hücumçunun nə vaxt meydana qayıdacağı isə bəlli deyil.

