Məşhur futbolçu qəzaya düşdü, məşqi buraxmadı

“Deportivo"nun hücumçusu Pyer-Emerik Obameyanq məşqə gedərkən yol qəzası keçirib.

1Sport.az xəbər verir ki, məlumatı “Marca” nəşri yayıb.

Qabonlu futbolçunun avtomobili AP-9 magistralında başqa nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə maddi ziyan dəyib.

Obameyanq öz avtomobili ilə məşq bazasına çataraq komanda ilə hazırlıq prosesinə qoşulub. O, hadisəni belə şərh edib:

“Sadəcə kiçik bir qorxu idi, həyatda belə şeylər olur. Əsas odur ki, qəzaya qarışan digər şəxs də, mən də yaxşıyam”.

0
🖨 Çap et ⚑ Şikayət et