“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk karyerasını yenidən Ukraynada davam etdirə bilər.
1Sport.az xəbər verir ki, 26 yaşlı vingeri “Polesye” və “Xarkov” klubları heyətində görmək istəyir. Hər iki komanda Donetsk “Şaxtyor”unun yetirməsi ilə danışıqlara başlayıb.
Transferin reallaşması qarşısında əsas maneə futbolçunun Ağdam klubunda aldığı maaşdır. Ukrayna təmsilçiləri Kaşukun maliyyə tələblərini qarşılamaq üçün mümkün variantları nəzərdən keçirirlər.
Qeyd edək ki, futbolçunun “Qarabağ”la müqaviləsi mövsümün sonuna qədərdir.

