"Martdakı Mirra ilə indiki fərqli insanlardır”

Sabiq rusiyalı tennisçi Dinara Safina həmyerlisi Mirra Andreyevanın 2026-cı il ərzində nümayiş etdirdiyi inkişafdan danışıb.

1Sport.az xəbər verir ki, hazırda dünya reytinqinin birinci pilləsində olan Safina ikinci sırada qərarlaşan gənc tennisçinin mövsüm ərzindəki dəyişimini yüksək dəyərləndirib. O, ilin əvvəlində çətinliklərlə üzləşən Andreyevanın sonradan təzyiqə tab gətirməyi öyrəndiyini vurğulayıb:

“Onun il ərzində necə yetkinləşdiyini birbaşa izlədik. Bütün bunlara nəzər salsaq, mart ayındakı Mirra ilə indiki Mirranın tamamilə fərqli iki insan olduğunu söyləmək olar”.

Qeyd edək ki, 19 yaşlı idmançı 2026-cı ildə “Roland Garros” və WTA Finallarının qalibi olub. O, həmçinin 2024-cü il Paris Olimpiadasında cütlüklər yarışında gümüş medal qazanıb və karyerası ərzində 10 WTA tituluna yiyələnib.

0
🖨 Çap et ⚑ Şikayət et