İngiltərəli futbolçu İspaniya nəhənginin hədəfində

“Barselona” “Mançester Yunayted”in müdafiəçisi Eyden Heyveni transfer etməyi planlaşdırır.

1Sport.az xəbər verir ki, məlumatı “The Sun” nəşri yayıb. Kataloniya təmsilçisi 20 yaşlı ingiltərəli futbolçunu icarəyə götürmək variantını nəzərdən keçirir. Bu keçiddə “Fulham” da maraqlıdır.

Qeyd edək ki, Heyven cari mövsümdə 8 qarşılaşmada iştirak edib. Onun Mançester klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

0
🖨 Çap et ⚑ Şikayət et