PSJ qış transfer pəncərəsində komandadan ayrıla biləcək Lyuk Şevalyenin əvəzinə yeni qapıçı axtarışına başlayıb.
1Sport.az xəbər verir ki, “L’Équipe” nəşrinin məlumatına əsasən Paris təmsilçisi “Brayton”un qapıçısı Bart Verbrüqqeni transfer etməyi düşünür.
Mənbənin bildirdiyinə görə, PSJ rəhbərliyi RB Leypsiqin qapıçısı Maarten Vandevoordt və “Lommel”in qapıçısı Mattias Piklakın namizədliyini də nəzərdən keçirir.
Qeyd edək ki, fransalı futbolçu 2025-ci ildən PSJ-də çıxış edir. Cari mövsümdə heç bir oyunda iştirak etməyib. Onun PSJ ilə müqaviləsi 2030-cu ilə qədərdir.

