“Lill” klubu yarımmüdafiəçi İtan Mbappeni heyətdə saxlayıb.
1Sport.az xəbər verir ki, Fransa təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq 19 yaşlı futbolçu ilə 2029-cu ilədək yeni saziş imzalayıb.
Qeyd edək ki, İtan Mbappe cari mövsüm “Lill”in heyətində 12 oyunda meydana çıxıb və 2 qol vurub.

