Polşa Ekstraklasasında "Rakuv" "Piast"la qarşılaşıb.
1Sport.az xəbər verir ki, qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar.
Görüşdə meydan sahiblərinin yeganə qolunu Mahir Emreli vurub. Millimizin üzvü 59-cu dəqiqədə fərqlənib.
Mahir bu mövsüm "Rakuv"un heyətində 23 qarşılaşmada 7 qol vurub, 3 məhsuldar ötürmə edib.

