Madrid "Atletiko"su Aleksander Sörlotu komandadan göndərmək qərarına gəlib.
1Sport.az xəbər verir ki, İspaniya klubu 30 yaşlı norveçli forvardı "qış transfer pəncərəsi"ndə satışa çıxaracaq. Buna futbolçunun tez-tez zədələnməsi səbəb olub. "Vikinq"lə oyunda sıradan çıxan hücumçu yanvara qədər yaşıl meydanlardan kənarda qalacaq. Rəhbərlik onun satışından əldə olunacaq gəliri müdafiə xəttini gücləndirməyə yönəltməyi, hücumda isə Xulian Alvares və Conatan Devidə güvənməyi planlaşdırır.
Qeyd edək ki, 2024-cü ildən "Atletiko"da çıxış edən Sörlot cari mövsüm zədə səbəbindən 8 matçı buraxıb, meydana çıxdığı 8 görüşdə isə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsümün əvvəlində "Yuventus" onun transferinə yaxın olsa da, keçid son anda baş tutmayıb.

