“Real Madrid”in baş məşqçisindən transferlərə qadağa

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komandanın transfer planları ilə bağlı açıqlama verib.

1Sport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “qış transfer pəncərəsi”ndə heyətə yeni oyunçunun cəlb olunmasını və ya futbolçuların ayrılmasını istəmədiyini bildirib. Onun bu sözləri “Roma” və “Milan”ın maraqlandığı Endrikin keçidi üçün maneə yaradıb.

Qeyd edək ki, 20 yaşlı braziliyalı hücumçu cari mövsüm “Real Madrid”də 8 oyunda 160 dəqiqə meydanda olub və 1 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et