Rusiyalı basketbolçu Vladislav Qoldin NBA G Liqasının cari mövsümündə fərdi göstəriciləri ilə ön plana çıxıb.
1Sport.az xəbər verir ki, “Mayami Hit”in 25 yaşlı mərkəz oyunçusu səmərəlilik reytinqində 32,6 xalla birinci yerdədir. O, indiyədək keçirdiyi 7 matçda orta hesabla 25 xal, 10,3 ribaund, 2,3 məhsuldar ötürmə və 2,6 blokla yadda qalıb. Qoldinin meydandan atışlarının dəqiqliyi isə 65,7 faiz təşkil edir.
Qeyd edək ki, rusiyalı basketbolçu son olaraq “Klivlend Çarc”la qarşılaşmada 23 xal, 9 ribaund və 1 məhsuldar ötürmə ilə fərqlənib.

