Vitor Roke “Barselona” klubunda çıxış etdiyi dövrdə baş məşqçi Xavidən kifayət qədər dəstək görmədiyini bildirib.
1Sport.az xəbər verir ki, 2024/25-ci illərdə “Barselona”nın formasını geyinən braziliyalı futbolçu gənc Cənubi Amerikalı oyunçuların Avropa futboluna uyğunlaşması üçün səbir və vaxt lazım olduğunu vurğulayıb:
“Məşqçinin dəstəyi vacibdir, amma “Barselona”ya gələndə Xavidən belə bir dəstək görmədim. Mənimlə demək olar ki, danışmırdı. Biz çox gəncik və yeni dildə danışmaq olduqca çətindir. İnsanlar düşünürlər ki, gənc futbolçular meydana çıxan kimi ən yaxşı oyunlarını göstərməlidirlər. Amma uyğunlaşmaq üçün vaxt lazımdır”
Qeyd edək ki, 21 yaşlı futbolçu “Barselona”nın heyətində 16 oyunda iştirak edib və 2 qolla yadda qalıb.

