“Fənərbağça” 23 yaşlı futbolçusu ilə yollarını ayıracaq

“Fənərbağça”nın futbolçusu Dorjeles Nenenin komandadan ayrılacağı gözlənilir.

1Sport.az xəbər verir ki, gənc oyunçu “qış transfer pəncərəsi”ndə İstanbul təmsilçisini tərk edəcək. Cari mövsüm İsmayıl Kartalın rəhbərliyi altında cəmi 9 matçda 170 dəqiqə meydanda olan futbolçunun taleyi baş məşqçi postuna Emre Belözoğlunun gəlişindən sonra da dəyişməyib. 46 yaşlı mütəxəssis ona yalnız “Kocaelispor”la görüşdə 4 dəqiqə şans verib, “Şaxtyor” və “Çorum”la oyunlarda isə meydana buraxmayıb.

Qeyd edək ki, hazırkı bazar dəyəri 20 milyon avro olan 23 yaşlı futbolçunun “Fənərbağça” ilə müqaviləsi 2030-cu ilə qədər qüvvədədir.

0
🖨 Çap et ⚑ Şikayət et