CSKA Moskvanın keçmiş futbolçusu Aleksandr Qrişin komandanın hazırkı vəziyyətini dəyərləndirərək böhran yaşadığını bildirib.
1Sport.az xəbər verir ki, rusiyalı mütəxəssis Moskva təmsilçisinin son üç turda qələbə qazana bilməməsini əsas problem kimi göstərib. O, komandanın oyun quruculuğunda da çatışmazlıqlar olduğunu vurğulayıb:
“CSKA son üç oyunda qələbə qazana bilməyib və iki dəfə məğlub olub. Bunu böhran adlandırmaq olar. Komandanın iki mərkəz müdafiəçisi ilə fərqli sistemdə oynamaq üçün kifayət qədər futbolçu seçimi var. Mövsümün əvvəlindən CSKA-da mövqe hücumunun olmadığını deyirik. Bu, futbolun ən çətin hissəsidir və komandanın inkişaf etməli olduğu sahələrdən biridir”.
O, həmçinin “Zenit”in oyuna daha peşəkar hazırlaşdığını və Sergey Semakın Rusiya Kuboku matçında ikinci dərəcəli heyətdən istifadə etdiyini qeyd edib.
Qeyd edək ki, CSKA Sofya cari mövsümdə keçirdiyi 29 oyunda 15 qələbə, 8 heç-heçə və 6 məğlubiyyət əldə edib.

