PSJ-nin baş məşqçisi Luis Enrike “Roma” ilə heç-heçə etdikləri Çempionlar Liqası matçını şərh edib.
1Sport.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın mövsümün ən çətin oyunu olduğunu bildirib. O, “Roma”nın aqressiv oyununu və yüksək xarakterini xüsusi vurğulayıb:
“Bu, PSJ-nin cari mövsümdə keçirdiyi ən çətin oyun idi. “Roma”nın səviyyəsini yaxşı bilirdik. Onlar böyük xarakterə və aqressiv oyun tərzinə malikdirlər. Qazandığımız bir xaldan razıyam, çünki biz hətta məğlub da ola bilərdik”.
Qeyd edək ki, PSJ cari mövsümdə Çempionlar Liqasında keçirdiyi 5 oyundan 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə ayrılıb.

