“Fənərbağça” Avropa gündəmində

“Fənərbağça”nın “Şaxtyor” üzərində qələbəsi Avropa mətbuatının diqqətini çəkib.

1Sport.az xəbər verir ki, İstanbul təmsilçisi UEFA Çempionlar Liqasının V turunda Arda Turanın çalışdırdığı komandanı Vedat Muriçinin qolu ilə məğlub edib.

İspaniyanın “AS” nəşri Muriçinin ardıcıl ikinci oyunda həlledici qola imza atmasını ön plana çıxarıb. İtaliyanın “Tutto Mercato” nəşri də hücumçunun uğurlu çıxışını vurğulayıb.

İngiltərənin BBC nəşri “Fənərbağça”nın ardıcıl ikinci qələbə ilə pley-off şanslarını artırdığını qeyd edib. “The Sun” isə qələbəni “Türk ləzzəti” başlığı ilə təqdim edib.

Qeyd edək ki, bu nəticədən sonra “Fənərbağça” xallarının sayını 8-ə çatdıraraq turnir cədvəlinin 16-cı pilləsinə yüksəlib. İstanbul klubu 2007/08 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında ardıcıl iki qələbə qazanıb.

0
🖨 Çap et ⚑ Şikayət et