Dyü Plesi: “Artıq onun azarkeşiyəm”

UFC-nin orta çəki dərəcəsində çempionu Drikus Dyü Plesi amerikalı döyüşçü Coş Hokitə rəğbətini ifadə edib.

1Sport.az xəbər verir ki, cənubi afrikalı idmançı bu barədə Hokitlə fransalı Siril Qan arasında keçirilən qarşılaşmadan sonra danışıb:

“Artıq onun azarkeşiyəm. O, qorxunun nə olduğunu bilmir və döyüşə çıxmaqdan çəkinmir. Sonadək mübarizə aparmasına hər zaman hörmətlə yanaşa bilərəm”.

Qeyd edək ki, Qan – Hokit döyüşü beş raund davam edib və fransalı idmançının qələbəsi ilə yekunlaşıb. Coş Hokitin peşəkar MMA karyerasında 10 qələbəsi və 1 məğlubiyyəti var.

0
🖨 Çap et ⚑ Şikayət et