AFFA bu kluba texniki məğlubiyyət verdi

AFFA İntizam Komitəsi U-13 Liqasında baş verən qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

1Sport.az xəbər verir ki, noyabrın 21-də keçirilməsi nəzərdə tutulan “Baku Sportinq” – “Loru” oyunu meydan sahiblərinin təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. Nəticədə qəsəbə klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bu qərar AFFA İntizam Komitəsinin 79.1-ci maddəsinə əsasən qəbul edilib.

Həmin gün keçirilən “Mübariz FA” – “Sumqayıt B” matçından sonra qonaqların rəsmisi Nicat Tağıyev baş hakimi əli ilə itələdiyinə görə qırmızı vərəqə alıb. O, növbəti 5 oyuna buraxılmayacaq.

Bu qərar AFFA İntizam Komitəsinin 53.3-cü maddəsinə əsasən verilib.

0
🖨 Çap et ⚑ Şikayət et