Stirlinq Ankalaevə döyüş təklif edib: “Onu məhv edəcəyəm”

UFC döyüşçüsü Navaho Stirlinq Maqomed Ankalaevlə qarşılaşmaq istədiyini bildirib.

1Sport.az xəbər verir ki, yeni zelandiyalı idmançı rusiyalı rəqibini məğlub edəcəyinə əmin olduğunu deyib:

“Mən Maqomed Ankalaevi məhv edəcəyəm. O, reytinqdə birinci yerdədir və titul döyüşünə ümid edə bilər. Gec-tez qarşılaşmalı olacağıq. Bəs niyə bunu elə indi etməyək? Özünü ən yaxşıların ən yaxşısı hesab edəndə kiminlə döyüşəcəyin əhəmiyyət daşımır”.

Qeyd edək ki, 28 yaşlı Stirlinq sonuncu döyüşündə keçmiş çempion İrji Proxazkanı nokauta uğradaraq reytinqin ilk üçlüyünə yüksəlib. Onun peşəkar MMA karyerasında 12 qələbəsi var və hələ məğlubiyyəti yoxdur.

0
🖨 Çap et ⚑ Şikayət et