Brayan Orteqa MMA karyerasını başa vurmaq qərarına gəldiyini bildirib.
1Sport.az xəbər verir ki, amerikalı bu qərarı Yeni Zelandiyalı Den Hukerlə UFC Fight Night 294 turnirindəki qarşılaşmasından əvvəl verdiyini açıqlayıb:
“Döyüş günü səhər məşqçimə karyeramı bitirmək qərarına gəldiyimi dedim. O, qərarımdan əmin olub-olmadığımı soruşdu, amma mən artıq hər şeyi qərarlaşdırmışdım”.
Döyüşçü artıq ətrafındakılara nəyisə sübut etməyə ehtiyac duymadığını, diqqətini digər layihələrə yönəltmək istədiyini və oktaqona qayıtmaq arzusunun olmadığını bildirib. Bu barədə “MMA Fighting” nəşri məlumat yayıb.
Qeyd edək ki, 35 yaşlı döyüşçü UFC çempionu olmasa da, iki dəfə titul uğrunda mübarizə aparıb və səkkiz dəfə gecənin performans bonusuna layiq görülüb.

