Fransalı basketbolçu MVP olmaq istəyir

“San Antonio Spurs”un mərkəz oyunçusu Viktor Vembanyama NBA mövsümünün ən dəyərli oyunçusu (MVP) seçilmək üçün əsas üstünlüyünü açıqlayıb.

1Sport.az xəbər verir ki, fransalı basketbolçu hər iki halqa altında dominant çıxış etməyin ona bu mükafatı qazandıra biləcəyini bildirib:

“Hər iki halqa altında dominantlıq etmək bir gün MVP olacağımın səbəbidir”.

Qeyd edək ki, 22 yaşlı basketbolçu son oyunda 25 xal, 16 ribaund, 4 top oğurluğu və 2 blokla yadda qalıb. NBA-nın son MVP reytinqində ikinci pillədə qərarlaşan Vembanyama mükafatın əsas favoriti göstərilir.

0
🖨 Çap et ⚑ Şikayət et