“Real Madrid”in baş məşqçisi Joze Mourinyo müdafiəçi Din Huysenin oyun səviyyəsi və inkişafı barədə fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ispaniyalı oyunçunun Premyer Liqa təcrübəsi sayəsində inkişaf etdiyini, daha yetkin oyunçuya çevrildiyini və təcrübəli komanda yoldaşlarından faydalandığını bildirib:
“Din “Roma”da mənimlə işləyəndə hələ uşaq idi və inkişaf yolunun başlanğıcında idi. Premyer Liqadakı çıxışı onu bir çox cəhətdən gücləndirdi. İndi daha yetkin oyunçudur və Rüdigerlə Konatenin təcrübəsindən faydalanır. O, Dünya Kubokuna vəsiqə qazana bilməməyin məyusluğunu da düzgün qarşıladı. Onu həddindən artıq tərifləməyəcəyəm, çünki bu, ona mənfi təsir göstərə bilər. Məşqçi kimi ona qarşı sərt davranmağım da inkişafına kömək edir”.
Qeyd edək ki, 21 yaşlı futbolçu 2025-ci ilin yayında “Bornmut”dan “Real Madrid”ə keçib. O, cari mövsümdə 14 oyunda iştirak edib.

