“Arsenal” argentinalı yarımmüdafiəçini transfer etmək istəyir

Londonun “Arsenal” klubu qış transfer pəncərəsində yarımmüdafiəçi Niko Pazı heyətinə qatmaqda maraqlıdır.

1Sport.az xəbər verir ki, London təmsilçisi futbolçunun çıxışlarını yaxından izləyir. Lakin mümkün transfer “Real Madrid”in qərarından asılı olacaq.

Mənbənin bildirdiyinə görə, “Komo” ötən yay argentinalı futbolçunun transferi üçün 60 milyon avro ödəyib. Bununla belə, Madrid klubu 2027-ci ilin yayında onu 80 milyon avroya geri almaq hüququnu saxlayıb. Beləliklə, “Arsenal”ın transfer planı İspaniya klubunun mövqeyindən asılıdır.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2024cü idən “Komo”da çıxış edir. O, cari mövsümdə 16 oyunda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

0
🖨 Çap et ⚑ Şikayət et