Madrid "Atletiko"su Ademola Lukmanla yollarını ayırmağa hazırlaşır.
1Sport.az xəbər verir ki, İspaniya klubunun rəhbərliyi 29 yaşlı vingerin cari mövsümdəki çıxışından narazıdır. Transfer siyahısına salınan nigeriyalı oyunçu üçün "qış transfer pəncərəsi"ndə gələcək təkliflər dəyərləndiriləcək.
Qeyd edək ki, "Atletiko" Lukmanı ötən mövsümün qışında "Atalanta"dan 35 milyon avroya transfer edib. Müqaviləsi 2030-cu ilə qədər olan futbolçu bu mövsüm 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

