"Trabzonspor"da vingerə ayrılıq icazəsi verildi

"Trabzonspor"un futbolçusu Metehan Mimaroğlu komandadan ayrılmağa yaxındır.

1Sport.az xəbər verir ki, 32 yaşlı vinger rəhbərlik və baş məşqçi Tomas Raysla görüşdən sonra klubdan getmək üçün icazə alıb. O, daimi oyun praktikası qazanmaq məqsədilə digər klublarla danışıqlar aparacaq.

Qeyd edək ki, mövsümün əvvəlində "Trabzonspor"a keçən futbolçu cari mövsüm 5 matçda cəmi 122 dəqiqə meydanda olub.

0
🖨 Çap et ⚑ Şikayət et