I Liqada 9-cu tur başa çatıb.
1Sport.az xəbər verir ki, 5 qarşılaşmada hakimlər ümumilikdə 19 dəfə əllərini ciblərinə atıblar.
Turun ən centilmen oyunu “Zaqatala” – “Xankəndi” matçı olub. Hakim Murad Səlimov bu görüşdə cəmi 2 vərəqə göstərib.
Turun ən aqressiv qarşılaşması isə “Karvan-Yevlax” – “Mingəçevir” oyunu olub. Referi Alik Yunusov matç ərzində 5 vərəqə qeydə alıb.
I Liqa 9-cu turun oyunları üzrə vərəqə statistikaları:
“Karvan-Yevlax” – “Mingəçevir” – 5 (3s ; 2s)
“Baku Sportinq” – “Şahdağ Qusar” – 4 (2s ; 2s)
“Gəncəbasar” – MOİK – 4 (2s ; 2s)
“Səbail” – “Şimal” – 4 (1s ; 2s, 1q)
“Zaqatala” – “Xankəndi” – 2 (1s ; 1s)

