I Liqada XII turun oyun cədvəli müəyyənləşib.
1Sport.az xəbər verir ki, bütün görüşlər Peşəkar Futbol Liqasının I Liqa / II Liqa adlı YouTube kanalında canlı yayımlanacaq.
XII turun diqqətçəkən qarşılaşması “Karvan-Yevlax” və “Səbail” arasında baş tutacaq. Tərəflər dekabrın 24-də Yevlax şəhər stadionunda üz-üzə gələcəklər. Matç saat 14:00-da başlayacaq.
23 dekabr (çərşənbə)
“Mingəçevir” – MOİK
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 14:00
24 dekabr (cümə axşamı)
“Karvan-Yevlax” – “Səbail”
Yevlax şəhər stadionu, 14:00
“Baku Sportinq” – “Gəncəbasar”
“Baku Sportinq Arena”, 14:00
25 dekabr (cümə)
“Zaqatala” – “Şahdağ Qusar”
Zaqatala OİK stadionu, 14:00
26 dekabr (şənbə)
“Xankəndi” – “Şimal”
Xankəndi şəhər stadionu, 17:00

