YENİLƏNİRI Liqada dövrə başa çatır

I Liqada IX turun son iki qarşılaşması bu gün baş tutacaq.

1Sport.az xəbər verir ki, saat 14:30-da “Zaqatala” “Xankəndi”ni, 16:00-da isə “Səbail” “Şimal”ı qəbul edəcək.

Turnir cədvəlində “Səbail” 13 xalla beşinci, “Şimal” 11 xalla altıncı yerdədir. “Xankəndi” 6 xalla səkkizinci, “Zaqatala” isə 5 xalla doqquzuncu pillədə qərarlaşıb.


I Liqa, IX tur

27 noyabr

14:30. “Zaqatala” – “Xankəndi

Hakimlər: Murad Səlimov, Taleh Məmmədov, Rasim Axundov, Ruslan Quliyev.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu.


16:00. “Səbail” – “Şimal”

Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Ceyhun Hüseynov.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Törə Əhmədova.

Masazır. “Bank Respublika Arena”.


Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Baku Sportinq”ə 1:0, “Karvan-Yevlax” “Mingəçevir”ə 2:1 hesabı ilə qalib gəlib. “Gəncəbasar” – MOİK görüşü isə qolsuz heç-heçə ilə başa çatıb.


0
🖨 Çap et ⚑ Şikayət et