I Liqada XI turun oyun cədvəli müəyyənləşib.
1Sport.az xəbər verir ki, turun bütün görüşləri Peşəkar Futbol Liqasının I Liqa / II Liqa adlı YouTube kanalında canlı yayımlanacaq.
Diqqətçəkən qarşılaşmalardan biri MOİK və “Xankəndi” arasında keçiriləcək. Komandalar dekabrın 17-də Binə qəsəbə stadionunda üz-üzə gələcəklər. Görüş saat 14:00-da başlayacaq.
16 dekabr (çərşənbə)
“Şahdağ Qusar” – “Şimal”
Binə qəsəbə stadionu, 14:00
“Səbail” – “Baku Sportinq”
“Bank Respublika Arena”, 18:30
“Gəncəbasar” – “Mingəçevir”
Gəncə şəhər stadionu, 19:00
17 dekabr (cümə axşamı)
MOİK – “Xankəndi”
Binə qəsəbə stadionu, 14:00
“Zaqatala” – “Karvan-Yevlax”
Zaqatala OİK stadionu, 14:00

