Təcrübəli müdafiəçi karyerasını davam etdirəcək

Braziliyalı futbolçu Tyaqo Silva "Fluminense" ilə yeni müqavilə imzalayıb.

1Sport.az xəbər verir ki, 42 yaşlı müdafiəçinin klubla müqaviləsinin müddəti 2027-ci il dekabrın 31-dək uzadılıb. Daha əvvəl onun mövsümün sonunda karyerasını bitirə biləcəyi deyilsə də, azarkeşlərin və komanda yoldaşlarının çağırışlarından sonra qərarını dəyişib.

Qeyd edək ki, "Fluminense"nin yetirməsi olan və 2026-cı ilin iyununda "Portu"dan ayrıldıqdan sonra yenidən Braziliya klubuna qayıdan Tyaqo Silva bu komandanın heyətində üç fərqli dövrdə ümumilikdə 229 oyuna çıxıb və 19 qol vurub.

0
🖨 Çap et ⚑ Şikayət et