Moskva "Spartak"ının yarımmüdafiəçisi Roman Zobnin Rusiya millisinə mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb.
1Sport.az xəbər verir ki, 32 yaşlı futbolçu yekun qərarı gələcək fiziki durumuna əsasən verəcəyini bildirib:
"Ümid edirəm ki, həmin an mümkün qədər tez gələcək. O zaman bu barədə ətraflı düşünəcəyəm. Həmişə yüksək səviyyədə, güclü rəqiblərə qarşı və böyük stadionlarda çıxış etmək istəmişəm. Bu, hər bir futbolçunun arzusudur".
Qeyd edək ki, Rusiya yığmasının heyətində 41 oyun keçirən Zobnin 2022-ci ildə səhhətindəki xroniki problemlər səbəbindən milli karyerasına fasilə verib.

