Arman Tsarukyan titul uğrunda növbəti döyüşünə çıxacağına əmin olduğunu bildirib.
1Sport.az xəbər verir ki, Ermənistan və Rusiyanı təmsil edən döyüşçü çempionluq uğrunda mübarizədə özünün əsas namizəd olduğunu vurğulayıb:
“Yüngül çəkidə növbəti titul döyüşünə mən çıxmalıyam. UFC də mənə titul şansının veriləcəyini bildirib. Düşünmürəm ki, onlar başqa qərar versinlər. Əgər Castin Qeyci Volkanovski ilə döyüşmək istəsə, bu, titul uğrunda olmayan qarşılaşma olmalıdır”.
Qeyd edək ki, 30 yaşlı döyüşçü MMA karyerasında 24 qələbə və 3 məğlubiyyət alıb. UFC-nin rəsmi reytinqində yüngül çəki divizionunda ikinci pillədə qərarlaşıb.

