Məğlubiyyətsiz döyüşçü Hokitlə üz-üzə gəlmək istəyir

Navajo Stirlinq amerikalı Coş Hokitlə döyüşmək üçün UFC rəhbərliyinə müraciət edib.

1Sport.az xəbər verir ki, Yeni Zelandiya təmsilçisi rəqibinin yarım ağır çəki divizionu ilə bağlı tənqidi açıqlamalarından sonra ona meydan oxuyub. 29 yaşlı idmançı təşkilatın prezidenti Dana Uaytdan bu qarşılaşmanı təşkil etməyi xahiş edib.

Qeyd edək ki, Stirling 2019-cu ildən peşəkar MMA-da çıxış edir. Onun hesabında 12 qələbə var. Bu zəfərlərin 8-i nokautla başa çatıb və döyüşçü indiyədək məğlubiyyət acısı yaşamayıb.

0
🖨 Çap et ⚑ Şikayət et