II Liqada 11-ci tur başa çatıb.
1Sport.az xəbər verir ki, 6 qarşılaşmada hakimlər ümumilikdə 26 dəfə əllərini ciblərinə atıblar.
Turun ən centilmen oyunu “Marafon” – “Şəki” matçı olub. Baş hakim Ləman Əmirli görüş ərzində heç bir futbolçuya vərəqə göstərməyib.
Turun ən aqressiv qarşılaşmaları isə “Zəngəzur” – “Hypers” və “Dinamo” – “Şəmkir” oyunları olub. Hər iki matçda 7 vərəqə qeydə alınıb.
ll Liqa 11-ci turun oyunları üzrə vərəqə statistikaları:
"Ağstafa Gəncləri" – "Difai" – 3 (1s ; 2s)
"Marafon" – "Şəki" – 0
"Zəngəzur" – "Hypers" – 7 (2s ; 5s)
"Ağdaş" – "Şirvan" – 5 (2s ; 3s)
"Kür-Araz" – "Qaradağ Lökbatan" – 4 (2s ; 2s)
"Dinamo" – "Şəmkir" – 7 (2s ; 5s)

