NBA-də "Denver Naqqets" səfərdə "Çikaqo Bullz"u əlavə vaxtda 151:145 hesabı ilə məğlub edib.
1Sport.az xəbər verir ki, qonaqların heyətində Nikola Yokiç 37 xal, 18 ribaund, 11 məhsuldar ötürmə ilə "triple-double" edib, Camal Mürrey isə 45 xal toplayıb.
"Çikaqo"da isə Coş Qiddeyin 23 xal, 14 ribaund və 22 məhsuldar ötürməlik məğlubiyyətin qarşısını ala bilməyib.

