“Benfika”nın futbolçusu PSJ-yə keçməkdən imtina edib

“Benfika”nın yarımmüdafiəçisi Canluka Prestiani mövsümün sonunadək Portuqaliya klubunda qalacaq.

1Sport.az xəbər verir ki, argentinalı futbolçu PSJ-nin transfer təklifini rədd edib. Paris təmsilçisi onu zədəli Dezire Due və Xviça Kvaratsxeliyanın əvəzləyicisi kimi heyətinə qatmaq istəyirdi.

Qeyd edək ki, 20 yaşlı oyunçunun “Benfika” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdir.

0
🖨 Çap et ⚑ Şikayət et