Türkiyəli FIFA referisi Halil Umut Meler UEFA Çempionlar Liqasının 5-ci turunda keçiriləcək "Budyo-Qlimt" – LASK oyununu idarə edəcək.
1Sport.az xəbər verir ki, Melerə İbrahim Çağlar Uyarcan və Abdullah Bora Özkara kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma sabah Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

