UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda baş tutacaq "Sabah" – "Barselona" matçının hakim təyinatları açıqlanıb.
1Sport.az xəbər verir ki, qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi FIFA referisi Nikolas Uolş olacaq. Ona Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.
VAR-da Endryu Dallas, köməkçi VAR hakimi isə Stiven Maklin olacaq.
Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" – "Barselona" oyunu saat 21:45-də başlayacaq.

