Masvidaldan Pereyraya xəbərdarlıq

Keçmiş UFC döyüşçüsü Xorxe Masvidal Aleks Pereyra ilə Sergey Pavloviç arasında gözlənilən qarşılaşmanın mümkün gedişatını dəyərləndirib.

1Sport.az xəbər verir ki, amerikalı sabiq idmançı rusiyalının fiziki üstünlüklərinin və sürətinin rəqibi üçün ciddi təhlükə yaradacağını düşünür. O, Pereyranın qələbə şansını artırmaq üçün aşağı zərbələrdən istifadə etməli olduğunu bildirib:

“Pavloviç çox təhlükəli döyüşçüdür. Sürəti və fiziki gücü ilə seçilir. Bu, Pereyra üçün çətin sınaq olacaq. Düşünürəm ki, Aleks qələbə üçün aşağı zərbələrə üstünlük verməlidir. Bu, rəqibini çaşdıra bilər. Lakin səhvə yol versə, yenidən yarımağır çəkiyə qayıtmalı olacaq”.

Qeyd edək ki, Masvidal 2019-cu ildə UFC tarixinin ən sürətli nokautlarından birinə imza atıb. O, rəqibini cəmi 5 saniyəyə məğlub edib və xüsusi “BMF” kəmərini qazanıb.


0
🖨 Çap et ⚑ Şikayət et