“Çelsi” sabiq müdafiəçisini geri qaytarmaq istəyir

“Çelsi” müdafiə xəttini sabiq futbolçusu Antonio Rüdigerlə gücləndirməyi planlaşdırır.

1Sport.az xəbər verir ki, London klubu “Real Madrid”də az şans qazanan 33 yaşlı almaniyalı stoperi “qış transfer pəncərəsi”ndə heyətinə qatmaq niyyətindədir. Müqaviləsi mövsümün sonunda bitəcək futbolçunun keçidinin münasib qiymətə başa gələcəyi gözlənilir.

Qeyd edək ki, Rüdiger 2022-ci ildə “Çelsi”dən azad agent kimi Madrid təmsilçisinə keçmişdi.

0
🖨 Çap et ⚑ Şikayət et