İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoninin komandadan ayrılmaq ehtimalı artır.
1Sport.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu italiyalı müdafiəçinin transferi üçün ciddi şəkildə hərəkətə keçib. London təmsilçisi futbolçunu "San Siro" stadionunda canlı izləyib. Uzun müddətdir Bastonini münasib qiymətə heyətinə qatmağa çalışan İspaniyanın "Barselona" klubu da onunla yaxından maraqlanır.

